Bank Of Baku

Türkiyə səfiri Hüseyn Avni Karslıoğlu etimadnaməsinin surətini xarici işlər naziri Elmar Məmmədyarova təqdim edib

Türkiyə səfiri Hüseyn Avni Karslıoğlu etimadnaməsinin surətini xarici işlər naziri Elmar Məmmədyarova təqdim edib
# 17 yanvar 2007 16:43 (UTC +04:00)
Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin Mətbuat Mərkəzindən məlumat verilib. Səfir Hüseyn Avni Karslıoğlu səmimi qəbula görə təşəkkürünü bildirərək, Azərbaycan və Türkiyə arasında əməkdaşlığın yüksək səviyyəsindən məmnunluğunu ifadə edib və bu əməkdaşlığın genişlənməsi istiqamətində əlindən gələni edəcəyini bildirib. Nazir E. Məmmədyarov Azərbaycan, Türkiyə və Gürcüstanın iştirak etdiyi Bakı-Tiflis-Axalkələk-Qars dəmir yolu layihəsi ilə bağlı sazişin paraflanması münasibətilə səfiri təbrik edib və digər regional layihələrlə bərabər bu layihənin də uğurlu olacağına əminliyini ifadə edib. Nazir bu üç regional layihənin gerçəkləşməsi ilə yanaşı, onların təhlükəsizliyinin təmin olunmasının zəruriliyini vurğulayıb. Səfir Hüseyn Avni Karslıoğlu Türkiyənin Azərbaycanla ticarət münasibətləri və sərmayə qoyuluşu ilə bərabər, qeyri-neft sahəsində, xüsusilə aqrosənaye, toxuculuq sənayesi sahəsində də birgə işbirliyində maraqlı olduğunu qeyd edib, həmçinin Antalyada keçirilmiş, türkdilli dövlət başçılarının qurultayını xatırladaraq, orda səslənmiş Azərbaycan və Türkiyə diasporlarının birgə toplantısının keçirilməsi ideyasının mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Görüşün sonunda səfir etimadnaməsinin surətini nazirə təqdim edib və ikitərəfli əlaqələrin daha da möhkəmlənməsi yönündə çalışacağını bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR