Bank Of Baku

İrandakı azərbaycanlıların hüquqları uğrunda mübarizə aparan Mehdi Babai həbsdən buraxılıb

İrandakı azərbaycanlıların hüquqları uğrunda mübarizə aparan Mehdi Babai həbsdən buraxılıb
# 17 yanvar 2007 16:48 (UTC +04:00)
İrandakı azərbaycanlıların hüquqları uğrunda mübarizə aparan və 6 aydır Təbriz həbsxanasında saxlanılan Mehdi Babai həbs müddəti başa çatdığı üçün bu gün sərbəst buraxılıb. Güney Azərbaycan Beynəlxalq Forumunun Analitik-İnformasiya Mərkəzinin direktoru Sadiq İsabəylinin APA-ya verdiyi məlumata görə, M. Babai 2006-cı ilin mayında İran rəsmi orqanlarının Azərbaycan türklərinə qarşı təhqirlərinə və ayrı-seçkilik siyasətinin əleyhinə keçirilən etiraz aksiyaları zamanı tutulub. İranın kəşfiyyat orqanı ETTELAAT-ın Təbriz idarəsinin məmurları tərəfindən bir ay fiziki və psixoloji işgəncələrə məruz qalandan sonra Təbriz həbsxanasına göndərilən M. Babai vəkil tutmaq hüququndan və ailəsi ilə görüşdən də məhrum edilib. Onun məhkəmə prosesi də qapalı şəraitdə keçirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR