Bank Of Baku

Qüdsi Osmanov: “Aprelin 1-dən Rusiyaya gələn hər bir azərbaycanlı rəsmi və daimi işlə təmin olunacaq”

Qüdsi Osmanov: “Aprelin 1-dən Rusiyaya gələn hər bir azərbaycanlı rəsmi və daimi işlə təmin olunacaq”
# 17 yanvar 2007 16:48 (UTC +04:00)
“Aprelin birindən Rusiyaya gələn hər bir azərbaycanlı rəsmi və daimi işlə təmin olunacaq”. Bu barədə APA-ya eksklüziv açıqlamasında Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov məlumat verib. Konsulun sözlərinə görə, miqrasiya haqqında yeni qanunvericilikdə ümumiyyətlə ticarətlə məşğul olmağa deyil, yalnız kiçik alver və spirtli içkilərin alveri ilə məşğul olmağa qadağa qoyulur. Q. Osmanov soydaşlarımızı narahat olmamağa çağırıb və bildirib ki, səfirin göstərişi ilə Rusiya ərazisində fəaliyyət göstərən nümayəndəliklər bu ölkəyə gələn azərbaycanlıların daimi və rəsmi iş yerləri ilə təmin olunması üçün yerli iri, orta və kiçik müəssisələrlə danışıqlar aparırlar. Onun sözlərinə görə, gün ərzində soydaşlarımız saxlanılan müvəqqəti saxlanma mərkəzi ilə bir neçə dəfə əlaqə saxlayıb və saxlanan soydaşlarımızın vəziyyəti ilə maraqlanıb. Qeyd edək ki, Sankt-Peterburqun müvəqqəti saxlanma təcridxanalarında hazırda 3 Azərbaycan vətəndaşı saxlanılır, onlar bu yaxınlarda Azərbaycana göndəriləcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR