Bank Of Baku

“20 Yanvar - tariximizin qan yaddaşı” mövzusunda dəyirmi masa keçirilib

“20 Yanvar - tariximizin qan yaddaşı” mövzusunda dəyirmi masa keçirilib
# 17 yanvar 2007 16:56 (UTC +04:00)
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi (TOHGMİB) “20 Yanvar - tariximizin qan yaddaşı” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, TOHGMİB-nin sədri Emin Həsənli bildirib ki, SSRİ rəhbərliyinin müqavimətini qıran 20 Yanvar şəhidləri Azərbaycanın müstəqilliyinin təməlini qoyublar. O, şəhidlərimizin arzularının bir hissəsinin həyata keçdiyini də deyib: “Müstəqilliyimizi qazansaq da, ərazi bütövlüyümüzü tam bərpa edə bilməmişik. Azərbaycanın sərhədləri bütövləşdikdən sonra şəhidlərimizin ruhları şad olacaq”.
Əsgər Anaları İctimai Birliyinin sədri Leyla Gəraybəyli 20 Yanvar ərəfəsində baş verən hadisələrdən danışıb. Milli Məclisin deputatı Zahid Oruc hadisələrə reallıqla yanaşmağı və 20 Yanvarla bağlı pafosla danışmamağı məqsədəuyğun hesab edib: “20 Yanvara qədər Azərbaycanda xalq hərəkatı olub. Bundan sonra hadisələri müstəqillik hərəkatı kimi təqdim etmək olar. Amma SSRİ-nin dağılmasında 20 Yanvar hadisələrinin rolu olmasını deyənlər yanılırlar. Böyük imperiyanı bir gecə baş verən qətliam çökdürə bilməz”. Həmin hadisələrin şahidi olan jurnalist Tofiq Türkel isə deyilənlərlə razılaşmadığını və prosesə o zamanın gözü ilə baxmağı məqsədəuyğun hesab edib. Onun sözlərinə görə, SSRİ rəhbərliyi təhlükəni anladığından bu addımı atıb. Nəticədə isə hadisələr imperiyanın köçməsinə təkan verib. Tədbirdə çıxış edənlər 20 Yanvar hadisələrinin qəhrəmanlıq nümunəsi olduğunu önə çəkiblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR