Bank Of Baku

Gürcüstanın Azərbaycandakı səfiri dəyişdirilir

Gürcüstanın Azərbaycandakı səfiri dəyişdirilir
# 18 yanvar 2007 08:37 (UTC +04:00)
Gürcüstan Respublikasının Azərbaycanda yeni fövqəladə və səlahiyyətli səfiri təyin olunacaq. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, prezident Mixail Saakaşvili bu vəzifəyə xarici işlər nazirinin müavini Nikoloz Natbiladzenin namizədliyini irəli sürüb. Yeni səfirin namizədliyi parlamentin yaz sessiyası başladıqdan sonra (güman ki, fevralın 13-də) təsdiqlənəcək. Nikoloz Natbiladze 1971-ci ildə Tiflisdə doğulub. 2005-ci ilin noyabrından xarici işlər nazirinin müavini vəzifəsində çalışır. Gürcüstanın Azərbaycandakı səfirliyindən isə APA-ya bildiriblər ki, yeni səfirin təyinatı barədə hər hansı məlumata malik deyillər. Qeyd edək ki, hazırda Gürcüstanın Azərbaycandakı diplomatik missiyasına Zurab Qumberidze başçılıq edir. O, Azərbaycanda diplomatik fəaliyyətə 1995-ci ildə səfirin müavini kimi başlayıb, 1997-ci ildə isə səfir təyin olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR