Bank Of Baku

Rusiyanın Miqrasiya Xidmətinin əməkdaşı: “Son 3 gündə xidmətə 6000 müraciət olub”

Rusiyanın Miqrasiya Xidmətinin əməkdaşı: “Son 3 gündə xidmətə 6000 müraciət olub”
# 18 yanvar 2007 15:05 (UTC +04:00)
Bu barədə APA-ya eksklüziv açıqlamasında Rusiyanın Miqrasiya Xidmətinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdir müavini Denis Soldatikov məlumat verib. Onun sözlərinə görə, miqrasiya xidmətində gücləndirilmiş iş rejimi davam edir, gələn insanlar heç bir problemlə üzləşmirlər. D.Soldatikov miqrasiya xidməti əməkdaşlarının qeydiyyata alınmaq istəyənlərdən rüşvət tələb edilməsi barədə məlumatları da təkzib edib: “Bu, qətiyyən olma bilməz. Çünki burada xidmət göstərən işçilər kiçik pəncərələrdən miqrantlara xidmət göstərirlər. Həmin pəncərələr isə quraşdırılmış xüsusi kameralarla izlənilir”.
Yanvarın 22-də isə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (XÖYAİDK) əməkdaşları Rusiya Federasiyasında soydaşlarımıza kömək məqsədi ilə yaradılan qərargahlara texniki vasitələr aparmaq üçün bu ölkəyə ezam olunacaq. Bu barədə APA-ya XÖYAİDK-nin birinci ərazi dairəsinin rəisi Şakir Səlimov məlumat verib. Onun sözlərinə görə, komitədə hər gün bir neçə dəfə Rusiya Federasiyasında soydaşlarımıza kömək məqsədi ilə yaradılan qərargahlarla əlaqə saxlanılır: “Hər gün bu qərargahlara 100-dən artıq müraciət daxil olur. Bu günə qədər heç bir narahatedici fakt qeydə alınmayıb. Soydaşlarımız əsasən qərargahlara hüquqi bilgi almaq məqsədi ilə müraciət edir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR