Bank Of Baku

Ombudsman Elmira Süleymanova 20 Yanvar faciəsinin 17-ci ildönümü ilə bağlı tədbir keçirib

Ombudsman Elmira Süleymanova 20 Yanvar faciəsinin 17-ci ildönümü ilə bağlı tədbir keçirib
# 19 yanvar 2007 10:20 (UTC +04:00)
İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının rəhbəri Elmira Süleymanova 20 Yanvar faciəsinin 17-ci ildönümü ilə bağlı tədbir keçirib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən E. Süleymanova bildirib ki, insan hüquqlarının təmin edilməsi və müdafiəsi ilə bağlı beynəlxalq müqavilələr imzalayan, hüquqi dövlət yaratmaq iddiasında olan Sovet dövləti beynəlxalq hüquq normalarını pozaraq 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycana misli görünməmiş hərbi təcavüz edib: “Beynəlxalq hüquqi aktlarda və milli qanunvericilikdə təsbit olunmuş insanların ən ali hüququ olan yaşamaq hüququ kütləvi şəkildə pozulub. Faciə nəticəsində 130-dan artıq mülki şəxs öldürülüb, 600-dən çox adam yaralanıb”. E. Süleymanova faciənin 17-ci il dönümü ilə bağlı BMT-nin baş katibinə, ATƏT-ə, Avropa Şurasına, Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə bəyanat göndərib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR