Bank Of Baku

Gürcüstanla sərhədin delimitasiyasına dair növbəti görüş martın 5-6-da, Rusiya ilə sərhədin delimitasiyasına dair görüş isə martın 27-28-də Azərbaycanda keçiriləcək

Gürcüstanla sərhədin delimitasiyasına dair növbəti görüş martın 5-6-da, Rusiya ilə sərhədin delimitasiyasına dair görüş isə martın 27-28-də Azərbaycanda keçiriləcək
# 19 yanvar 2007 10:20 (UTC +04:00)
Bu barədə APA-ya Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri Qərib Məmmədov məlumat verib. Q.Məmmədovun sözlərinə görə, bunun ardınca, martın 27-28-də Bakıda Rusiya ilə sərhədin delimitasiyasına dair görüşün keçirilməsi nəzərdə tutulur: “Ekspertlər səviyyəsində yeni sahələrin razılaşdırılmasına dair ilkin razılıq əldə olunub. Bunu komissiya üzvləri müzakirə edəndən sonra qərar qəbul ediləcək”.
Q.Məmmədov əlavə edib ki, Gürcüstanla 490 km dövlət sərhədinin 350 km-i razılaşdırılıb. Hazırda digər sahələrin dəqiqləşdirilməsi işləri aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR