Bank Of Baku

Səməd Seyidov: “AŞPA-nın qış sessiyasında Azərbaycan nümayəndə heyəti Ermənistanın Avropa Şurasından çıxarılması məsələsini qaldıracaq”

Səməd Seyidov: “AŞPA-nın qış sessiyasında Azərbaycan nümayəndə heyəti Ermənistanın Avropa Şurasından çıxarılması məsələsini qaldıracaq”
# 19 yanvar 2007 10:38 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib. Yanvar sessiyasının Azərbaycan üçün vacib olduğunu bildirən S.Seyidov nümayəndə heyətinin müzakirələrdə aktiv iştirak edəcəyini qeyd edib: “Bu dəfə Parlament Assambleyası yox, komitə səviyyəsində Azərbaycanın öhdəliklərinin müzakirəsi gözlənilir. Bir neçə başqa məsələ də müzakirə mövzusuna çevriləcək və Ermənistanın götürdüyü öhdəliklər müzakirə ediləcək”. S.Seyidov bildirib ki, nümayəndə heyəti Dağlıq Qarabağ məsələsini Dağlıq Qarabağ üzrə Alt Komitədə qaldırmaq fikrindədir. Həmçinin müxtəlif sənədlərin yayılması, Azərbaycanın mövqeyini dəstəkləyən ölkələrin nümayəndələri ilə xüsusi görüşlərin keçirilməsi nəzərdə tutulur. S.Seyidov onu da qeyd edib ki, nümayəndə heyəti Ermənistanın AŞ-dən çıxarılması məsələsini yenidən qaldıracaq: “Ermənistan Avropa Şurasının üzvü olan 46 ölkə dövlət arasında yeganə ölkədir ki, bu qurumun sütun dəyərlərini daim pozur. Başqa ölkənin torpaqlarını işğal etməklə, danışıqlar prosesində qeyri-konstruktiv mövqe tutmaqla, bu ölkə özünü AŞ-dan kənarlaşdırır. Ona görə də Ermənistanın AŞ-dan çıxarılmasını yalnız formal şəkildə təsdiq etmək lazımdır. Amma bu o qədər də asan məsələ deyil. Çünki Ermənistanın bu mövqeyini bəzi dövlətlər dəstəkləyir. Bunun da səbəbi həmin dövlətlərdə erməni lobbisinin güclü olmasıdır. Amma biz cəhdlərimizi, mübarizəmizi davam etdirmək niyyətindədir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR