Bank Of Baku

Məmməd Əlizadə: “Əsasnaməyə edilən dəyişikliyə əsasən, Məşvərət Məclisinə istənilən vaxt yeni sədr seçmək olar”

Məmməd Əlizadə: “Əsasnaməyə edilən dəyişikliyə əsasən, Məşvərət Məclisinə istənilən vaxt yeni sədr seçmək olar”
# 19 yanvar 2007 13:52 (UTC +04:00)
“Məşvərət Məclisinin sədrinin dəyişməməsində əsasnamə pozuntusu yoxdur. Çünki biz qurumun əsasnaməsində dəyişiklik edərək, müddət məsələsini aradan qaldırmışıq”. Bu fikirləri APA-ya açıqlamasında iqtidaryönlü partiyaların Məşvərət Məclisinə rəhbərlik edən Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Məmməd Əlizadə bildirib. Qurumun sədrinin uzun müddətdən bəri dəyişməməsinə görə Məclis daxilində problemlərin yaranması ilə bağlı məlumatları təkzib edən M. Əlizadə növbəti iclaslarda sədrlik məsələsinə yenidən baxacaqlarını qeyd edib: “Rəhbərliyin dəyişməsində problem yoxdur. Bir müddət əvvəl də bu məsələni iclasın gündəliyinə çıxardıq və məsələ müsbət həll olundu. Əsasnamədə 6 aydan bir qurumun rəhbərinin dəyişdirilməsi nəzərdə tutulmuşdu. Biz o Əsasnamənin üzərində yenidən işləmişik. Dəyişikliyə əsasən, partiya sədrləri istənilən vaxt yığışıb Məşvərət Məclisinin sədrini dəyişə bilərlər. Mən 5 ilə yaxındır ki, Məşvərət Məclisinə rəhbərlik edirəm. Görünür fəaliyyətimdə hansısa məqamlar Məclisdə təmsil olunan partiya sədrləri tərəfindən müsbət qəbul olunduğundan sədri dəyişmək istəmirlər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR