Bank Of Baku

Denis Bribosia: “Siyasi məhbus məsələsi ilə bağlı məruzəçi təyin etmək yalnız AŞ PA-nın səlahiyyətindədir”

Denis Bribosia: “Siyasi məhbus məsələsi ilə bağlı məruzəçi təyin etmək yalnız AŞ PA-nın səlahiyyətindədir”
# 20 yanvar 2007 08:56 (UTC +04:00)
Bu fikirləri APA-ya eksklüziv açıqlamasında Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Denis Bribosia söyləyib. O, təmsil etdiyi təşkilatın qarşısında duran əsas məsələlərdən birinin Azərbaycanda siyasi məhbuslar probleminin aradan qaldırılması olduğunu deyib. “Azərbaycana bu sahə ilə bağlı xüsusi məruzəçinin təyin olunması isə yalnız Avropa Şuraı Parlament Assambleyasının səlahiyyətinə daxil olan məsələdir”. Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin sədri Eduard Lintner APA-ya verdiyi eksklüziv açıqlamada gələn həftə AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Toni Lloyd və Andres Herkellə görüşəcəyini və Azərbaycanda siyasi məhbus problemi ilə bağlı vəziyyəti müzakirə edəcəyini deyib. O qeyd edib ki, həmməruzəçilər Azərbaycanda siyasi məhbus probleminin araşdırılmasına dair xüsusi məruzəçi təyin olunmasını məqbul saysalar, bu məsələni qaldıra bilər.
Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə APA-ya açıqlamalarında AZərbaycanın Dağlıq Qarabağ problemi istisna olmaqla istənilən məsələ üzrə məruzəçi təyin olunmasının əleyhinə olduğunu söyləyiblər. Azərbaycan rəsmiləri bunu ölkənin Avropa Şurası qarşısında götürdüyü bütün öhdəlikləri yerinə yetirməsi ilə əlaqələndiriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR