Bank Of Baku

Polşanın xarici işlər nazirinin birinci müavini Pavel Kovalın Bakıya səfəri başlayıb

Polşanın xarici işlər nazirinin birinci müavini Pavel Kovalın Bakıya səfəri başlayıb
# 22 yanvar 2007 09:39 (UTC +04:00)
Polşanın xarici işlər nazirinin birinci müavini Pavel Koval bu gün Bakıya işgüzar səfərə gəlib. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəisi Tahir Tağızadə APA-ya verdiyi məlumata görə, P.Kovalın ilk görüşü xarici işlər nazirinin müavini Xələf Xələfovla olub. P.Koval Prezident Aparatı, Milli Məclis və İqtisadi İnkişaf Nazirliyində də görüşlər keçirəcək. Danışıqlarda Polşa ilə Azərbaycan arasında siyasi və iqtisadi münasibətlər, enerji sahəsində əməkdaşlıq, regional təhlükəsizlik, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılır. P.Koval Bakı Slavyan Universitetində Polyak dili və Mədəniyyəti Mərkəzinin fəaliyyəti ilə tanış olacaq, Azərbaycan neft sənayesinin görkəmli xadimi, polyak mühəndisi Pavel Pototskinin məzarını ziyarət edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR