Bank Of Baku

Londonda “Erməni terrorunu qınama və türk diplomatlarını anma” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Londonda “Erməni terrorunu qınama və türk diplomatlarını anma” mövzusunda beynəlxalq konfrans keçiriləcək
# 22 yanvar 2007 10:45 (UTC +04:00)
Yanvarın 26-da Londonda İngiltərə Türk Dərnəkləri Federasiyasının təşkilatçılığı ilə “Erməni terrorunu qınama və türk diplomatlarını anma” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Bu barədə APA-ya Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasından məlumat verilib. Konfransda Türkiyə və Azərbaycan diasporunun nümayəndələri və bəzi ingilis tarixçiləri qatılacaqlar. Tədbirdə 1973-cü il yanvarın 27-də Los-Anclesdə ilk türk diplomatının və daha sonra 42 diplomatın qətlə yetirilməsi, həmçinin Xocalı soyqırımı haqqında çıxışlar olacaq. Konfrans yanvarın 27-də Siti Universitetində türk dilində davam etdiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR