Bank Of Baku

Azərbaycan və Küveyt XİN-ləri arasında ikitərəfli məsləhətləşmələrə dair anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Küveyt XİN-ləri arasında ikitərəfli məsləhətləşmələrə dair anlaşma Memorandumu imzalanıb
# 22 yanvar 2007 11:46 (UTC +04:00)
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Küveytə rəsmi səfəri başa çatıb. Azərbaycanın Küveytdəki fövqəladə və səlahiyyətli səfiri Şahin Abdullayev APA-ya bildirib ki, iki gün davam edən rəsmi səfər çərçivəsində Elmar Məmmədyarov Küveyt əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Cabir Əl-Sabahla, həmçinin bu ölkənin baş naziri, parlament sədri, xarici işlər və ədliyyə nazirləri ilə danışıqlar aparıb. Səfir iki ölkə XİN-ləri arasında ikitərəfli məsləhətləşmələrə dair anlaşma Memorandumu imzalandığını açıqlayıb. XİN-in Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, Küveyt əmiri Azərbaycan prezidenti İlham Əliyevin Küveytə rəsmi səfərini məmnuniyyətlə gözlədiyini diqqətə çatdırıb. E. Məmmədyarov isə öz növbəsində Küveyt əmirini Azərbaycana səfərə dəvət edib. Şeyx Sabah Əl-Əhməd Əl-Cabir Əl-Sabah Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həllinin tərəfdarı olduğunu bildirərək ölkəsinin bundan sonra da Azərbaycanın mövqeyini bütün müstəvilərdə dəstəkləyəcəyini bəyan edib. Baş nazir Şeyx Nasir Əl-Məhəmməd Əl-Əhməd Əl-Sabah isə azərbaycanlı qaçqın və məcburi köçkünlərə göstərilən humanitar yardımın bundan sonra da davam etdiriləcəyini deyib. Baş nazirinin müavini, xarici işlər naziri Şeyx Məhəmməd Sabah Əl-Səlim Əl-Sabah da ölkəsinin daim Azərbaycanın haqq işini dəstəklədiyini və Ermənistanın təcavüzünü qəti surətdə pislədiyini söyləyib. E. Məmmədyarov ərəb iqtisadi inkişafı üzrə Küveyt Fondunun baş direktor müavini Hişam Əl-Uqeyyan ilə də görüşüb. Görüş zamanı fond tərəfindən Azərbaycana ayrılan kreditlər, habelə gələcəkdə maliyyələşdirilə biləcək layihələr barədə geniş müzakirələr aparılıb. Fond rəsmisi Azərbaycanla bundan sonra da səmərəli əməkdaşlığı davam etdirmək niyyətində olduqlarını bildirərək, yaxın gələcəkdə yeni layihəyə kredit ayrılacağını diqqətə çatdırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR