Bank Of Baku

ADP üzvləri razılaşdırılmamış aksiyada iştirak etməyəcəklər

ADP üzvləri razılaşdırılmamış aksiyada iştirak etməyəcəklər
# 22 yanvar 2007 13:57 (UTC +04:00)
Bakı şəhər İcra Hakimiyyəti “Azadlıq” blokunun yanvarın 26-na təyin etdiyi aksiyanın keçirilməsinə razılıq verməyəcəyi halda, ADP üzvləri razılaşdırılmamış mitinqdə iştirak etməyəcəklər. ADP Ali Məclisinin sədri Akif Şahbazov APA-ya açıqlamasında bildirib ki, razılaşdırılmamış aksiyanın keçirilməsi ilə bağlı partiya rəhbərliyində heç bir qərar qəbul olunmayıb. Buna görə də partiya üzvlərinin razılaşdırılmamış aksiyada iştirakı mümkünsüzdür.
ADP sədrinin müavini Həsrət Rüstəmov isə APA-ya bildirib ki, bu məsələ şəhər rəhbərliyi aksiyanın keçirilməsinə mənfi cavab verəcəyi təqdirdə blok rəhbərliyində müzakirə olunacaq: “Çox güman ki, ən azı piket formasında müəyyən etdiyimiz yerlərdə aksiya keçirməyə çalışacağıq”. A.Şahbazovun dediklərinə gəldikdə, H.Rüstəmov bildirib ki, bununla bağlı partiyanın İdarə Heyətində müzakirələr aparılıb: “Müzakirələrdə belə razılığa gəlinib ki, partiya böyük mitinqlər keçirməyə hələlik hazır deyil, kiçik aksiyalar keçirməyə isə imkanımız var. Bunu isə qadağan edən hər hansı qərarımız olmayıb”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR