Bank Of Baku

Azərbaycan Kommunist Partiyasının qurultayında struktur dəyişiklikləri olacaq

Azərbaycan Kommunist Partiyasının qurultayında struktur dəyişiklikləri olacaq
# 22 yanvar 2007 14:06 (UTC +04:00)
“Ramiz Əhmədov Azərbaycan Kommunist Partiyasının sədri vəzifəsindən özü imtina etməsə, fevralın 24-də keçiriləcək qurultayda heç bir partiya üzvü bu posta namizədliyini irəli sürməyəcək. Hər halda, səhhətində problem olan adama qarşı bu, etikadan kənar hərəkət olar”. Azərbaycan Kommunist Partiyası (AKP) Rəyasət Heyətinin üzvü Rəvayət Cabbarlı APA-ya açıqlamasında bildirib ki, qurultayda partiyanın ilk təşkilatlarından gələn təkliflər əsasında bəzi məsələlərə dəyişikliklər edilə bilər. O, nizamnamədə dəyişiklik edilməsinin istisna olunmadığını deyib: “15 gündən sonra rayon təşkilatlarının konfransları yekunlaşacaq. Bundan sonra qurultayda müzakirəyə çıxarılacaq məsələlər müəyyənləşəcək. Ola bilsin ki, partiyada ediləcək dəyişikliklər təkliflər əsasında müəyyənləşsin”.
AKP sədrinin müavini Rüstəm Şahsuvarov isə APA-ya bildirib ki, qurultayda struktur dəyişiklikləri nəzərdə tutulub. R. Şahsuvarov partiyanın sədri vəzifəsinə namizədliyini irəli sürməyəcəyini də qeyd edib: “Hər şey qurultayda məlum olacaq. Ancaq hər bir halda sədr olmaq istəmirəm və düşünürəm ki, Ramiz Əhmədov səhhətində problem olsa belə, partiyanı idarə edə bilər. Heç kim fikirləşməsin ki, Kommunist Partiyası sıradan çıxıb və ya bu qurum artıq tarixin arxivinə getməlidir”. O, qurultayın keçiriləcəyi yerin hələ müəyyənləşdirilmədiyini də bildirib: “Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib. Hələ ki müraciətə cavab verilməyib. Buna baxmayaraq, yerlə bağlı problem yoxdur və yaxın günlərdə qurultayın keçiriləcəyi yer məlum olacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR