Bank Of Baku

Etibar Məmmədov: “Cəmiyyətdə qiymət artımı ilə bağlı qərara ciddi təzyiq görmürəm”

Etibar Məmmədov: “Cəmiyyətdə qiymət artımı ilə bağlı qərara ciddi təzyiq görmürəm”
# 22 yanvar 2007 16:18 (UTC +04:00)
“Müxalifət partiyalarının keçirəcəyi mitinqlərin qiymətlərin qaldırılması ilə bağlı hökumətin qərarına hər hansı təsir edəcəyinə inanmıram. Əslində, bu gün mən qərara qarşı cəmiyyətdə ciddi təzyiq də görmürəm”. Bu fikirləri APA-ya açıqlamasında AMİP lideri Etibar Məmmədov bildirib. Aksiyalarda iştirak edib-etməyəcəyi ilə bağlı sualı cavablandırmayan E. Məmmədov bunun partiyada aparılacaq müzakirələrdən asılı olduğunu qeyd edib: “Mən partiyanın işlərinə müdaxilə etmirəm. Bu aksiyalarda iştirak edib-etməmək qərarını partiyanın rəhbərliyi verməlidir. Qiymətlərin qalxması ilə bağlı qərarda hər hansı dəyişikliyin olması da insanların buna münasibətindən asılı olacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR