Bank Of Baku

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Azərbaycanın Kanadadakı səfirliyində anım mərasimi keçirilib

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Azərbaycanın Kanadadakı səfirliyində anım mərasimi keçirilib
# 22 yanvar 2007 16:26 (UTC +04:00)
20 Yanvar faciəsinin 17-ci ildönümü ilə əlaqədar Azərbaycanın Kanadadakı səfirliyində anım mərasimi keçirilib. APA-nın məlumatına görə, Azərbaycan icmasının nümayəndələrinin də qatıldığı mərasimdə çıxış edən səfir Fəxrəddin Qurbanov 20 Yanvar faciəsindən danışıb, bu günün Azərbaycan tarixində ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq rəmzi olaraq mühüm əhəmiyyət daşıdığını və həmin faciəyə yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra siyasi-hüquqi qiymət verildiyini bildirib. Tədbirdə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra faciənin dəhşətlərini sübut edən fotoşəkillər nümayiş etdirilib, səfirlik tərəfindən hazırlanmış xüsusi press-reliz Kanada senatorlarına və millət vəkillərinə, Xarici İşlər Departamentinə, ölkənin müvafiq dövlət orqanlarına, diplomatik nümayəndəliklərə və kütləvi informasiya vasitələrinə göndərilib. Səfirliyin dəstəyi ilə Kanada-Azərbaycan Federasiyası adından “Bloody January-1990” başlıqlı açıqcalar çap etdirilib və faciəyə siyasi qiymət verilməsinə nail olmaq məqsədilə Kanadanın Baş nazirinə göndərilib./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR