Bank Of Baku

Terri Devis: “Mənim rolum Avropa Şurasına üzv ölkələrin ərazi bütövlüyünü dəstəkləməkdən ibarətdir”

Terri Devis: “Mənim rolum Avropa Şurasına üzv ölkələrin ərazi bütövlüyünü dəstəkləməkdən ibarətdir”
# 22 yanvar 2007 16:31 (UTC +04:00)
APA-nın Strasburqdakı müxbirinin məlumatına görə, çıxışdan sonra Terri Devis parlamentarların suallarını cavablandırıb. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva baş katibə quruma üzv ölkələrin ərazi bütövlüklərinin pozulması, bu kimi ölkələrin ərazi bütövlüyünü bərpa etməyə mane olan ölkələrə gözlənilən təzyiqlərlə bağlı sual ünvanlayıb. Terri Devis suala cavab olaraq Avropa Şurasına üzv ölkələrin öz ərazi bütövlüklərini bərpa etməyə mane olan ölkələrə təzyiqlərlə bağlı bir neçə dəfə təşəbbüs qaldırdığını deyib. “Həmişə qeyd etmişəm ki, mənim bu məsələdə rolum Avropa Şurasına üzv ölkələrin ərazi bütövlüyünü dəstəkləməkdən ibarətdir. Bir çox səfirlər mənim bu obyektiv fikirlərimi qəbul etmirlər, lakin mən həmişə ölkələrin ərazi bütövlüyünün tərəfdarı kimi çıxış etmişəm. Mənim Azərbaycan və Gürcüstana olan münasibətim Rusiyaya olan münasibətim kimidir. BMT hansısa ölkənin sərhədlərini dəyişməsini qəbul etməyənə qədər mən ölkələrin ərazi bütövlüyünü dəstəkləyəcəyəm. Mən bu kimi məsələlərlə bağlı bütün müzakirələrə hər zaman hazır olmuşam”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR