Bank Of Baku

Ombudsman Elmira Süleymanova Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Denis Bribosiyanı qəbul edib

Ombudsman Elmira Süleymanova Avropa Şurası baş katibinin  Azərbaycandakı xüsusi nümayəndəsi Denis Bribosiyanı qəbul edib
# 22 yanvar 2007 16:53 (UTC +04:00)
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Denis Bribosiyanı qəbul edib. Ombudsman Aparatından APA-ya daxil olan məlumata görə, görüş zamanı E. Süleymanova Avropa Şurasının Avropa məkanında insan hüquqlarının müdafiəsini təmin edən nüfuzlu qurum kimi tanındığını, öz fəaliyyətində demokratik prinsiplərə əsaslandığını diqqətə çatdırıb. Müvəkkil indiyə qədər Avropa Şurası çərçivəsində bir çox konvensiyaların qəbul edildiyi, bunların əksəriyyətinin insan hüquqları sahəsinə aid olduğu vurğulayıb. Onun sözlərinə görə, bu günə qədər Azərbaycan qurumun 30-dan artıq sənədinə qoşulub. Müvəkkil Avropa Şurasının nümayəndəsini qarşılıqlı əməkdaşlığa dəvət edib və Azərbaycanda insan hüquqlarının təmin edilməsi ilə ağlı birgə konfransın keçirilməsi təklifini irəli sürüb. D. Bribosiya təmsil etdiyi qurumun Azərbaycanın üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməsində, Ombudsmanın imkanlarının genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb. Görüşdə mətbuat azadlığı, seçki hüququ, korrupsiyaya qarşı mübarizə, ədalətli mühakimə məsələləri də müzakirə olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR