Bank Of Baku

Voytsex Quretski: “Pavel Kovalın səfəri çox lazımlı və səmərəli oldu”

Voytsex Quretski: “Pavel Kovalın səfəri çox lazımlı və səmərəli oldu”
# 23 yanvar 2007 08:46 (UTC +04:00)
“Pavel Kovalın səfəri çox lazımlı və səmərəli oldu, biz bu səfərdən çox razı qaldıq”. Bu sözləri APA-ya açıqlamasında Polşanın Azərbaycandakı səfirliyinin müşaviri Voytsex Quretski Polşa xarici işlər nazirinin birinci müavini Pavel Kovalın Bakıya səfərinin nəticələrini qiymətləndirərkən deyib. Onun sözlərinə görə, P.Koval Bakıda baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Aparatı beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, iqtisadi inkişaf naziri Heydər Babayev, xarici işlər nazirinin müavini Xələf Xələfovla danışıqlar aparıb. Diplomat bildirib ki, görüşlərdə həm siyasi, həm də iqtisadi sahədə ikitərəfli əlaqələrə dair məsələlər, tərəfləri maraqlandıran suallar, regionda vəziyyət müzakirə olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR