Bank Of Baku

ATƏT “üçlüyü” Azərbaycan və Ermənistan prezidentlərini Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səylərini gücləndirməyə çağırıb

ATƏT “üçlüyü” Azərbaycan və Ermənistan prezidentlərini Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səylərini gücləndirməyə çağırıb
# 23 yanvar 2007 08:53 (UTC +04:00)
ATƏT-in Vyanadakı baş ofisindən APA-ya verilən məlumata görə, bu barədə “üçlüyün” Brüsseldə keçirilən görüşündən sonra İspaniyanın xarici işlər naziri Migel Anhel Moratinos, Belçikanın xarici işlər naziri Karl de Quxt və Finlandiya xarici işlər nazirinin müavini Ann Sipilainen açıqlama veriblər. Hazırda ATƏT-ə sədrlik edən M. A. Moratinos Minsk Qrupunun ötən ilki fəaliyyətini yüksək qiymətləndirdiklərini, Azərbaycan və Ermənistan prezidentlərini bu il problemin həlli üçün səylərini gücləndirməyə çağırdıqlarını bəyan edib. Bundan başqa, “üçlük” gürcü-abxaz münaqişəsi zonasında görülən işləri alqışlayaraq ümid etdiyini bildirib ki, həmin zonada infrastrukturun bərpası üçün vəsait ayrılacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR