Bank Of Baku

“Azərbaycan-Skandinaviya Əməkdaşlığı” İctimai Birliyi Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçib

“Azərbaycan-Skandinaviya Əməkdaşlığı” İctimai Birliyi Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçib
# 23 yanvar 2007 09:08 (UTC +04:00)
Azərbaycanda fəaliyyət göstərən “Azərbaycan-Skandinaviya Əməkdaşlığı” İctimai Birliyi Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçib. Qurumdan APA-ya verilən məlumata görə, təşkilat Azərbaycanla Skandinaviya yarımadasında yerləşən 5 şimal dövlətinin Finlandiya, İsveç, Norveç, Danimarka və İslandiyanın əməkdaşlıq etməsinə köməklik göstərmək məqsədi ilə yaradılıb.
Birliyin təsisçiləri Azərbaycan və Skandinaviya ölkələrinin əməkdaşlığına kömək etmək istəyən Azərbaycan, İsveç və Finlandiya vətəndaşlardır. Təşkilatın icraçı direktoru Rasim Şəriflidir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR