Bank Of Baku

Azərbaycanda “Səfirlər klubu”na Səudiyyə Krallığının səfiri Əli Həsən Cəfər başçılıq edəcək

Azərbaycanda “Səfirlər klubu”na Səudiyyə Krallığının səfiri Əli Həsən Cəfər başçılıq edəcək
# 23 yanvar 2007 09:51 (UTC +04:00)
Azərbaycanda fəaliyyət göstərən “Səfirlər klubu”na bundan sonra Səudiyyə Krallığının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Əli Həsən Cəfər başçılıq edəcək. Bu barədə APA-ya XİN Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəhbəri Tahir Tağızadə məlumat verib. Qeyd edək ki, buna qədər “Səfirlər klubu”na Gürcüstanın Azərbaycandakı səfiri Zurab Qumberidze başçılıq edib. Lakin onun diplomatik missiyası başa çatdığına görə bu vəzifəni Səudiyyə Krallığının səfiri Əli Həsən Cəfər yerinə yetirəcək. Qaydaya görə, kluba rəhbərliyi hazırda fəaliyyət göstərən səfirlər arasında etimadnaməsini ölkə başçısına ilk təqdim etmiş səfir həyata keçirir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR