Bank Of Baku

Qulamhüseyn Əlibəyli: “Azadlıq” blokunun tərkibinin genişləndirilməsi prezident seçkiləri ərəfəsində müzakirə oluna bilər”

Qulamhüseyn Əlibəyli: “Azadlıq” blokunun tərkibinin genişləndirilməsi prezident seçkiləri ərəfəsində müzakirə oluna bilər”
# 23 yanvar 2007 10:12 (UTC +04:00)
“Müsavat Partiyası “Azadlıq” blokundan çıxanda bildirmişdi ki, partiyanın mövqeyi ilə blokun mövqeyi üst-üstə düşmədiyi üçün bu addımı atır. İndi həmin partiyanın rəhbərliyi elan etsə ki, onların mövqeyi ilə “Azadlıq” blokunun mövqeyi yenidən üst-üstə düşür, o zaman bu partiyanın bloka daxil olması haqqında danışmaq olar”. Bu fikirləri APA-ya açıqlamasında “Azadlıq” blokunun üzvü olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin sədri Qulamhüseyn Əlibəyli bildirib. Onun sözlərinə görə, hazırda “Azadlıq” blokunun rəhbərliyi Müsavatla birgə mübarizə aparmaq niyyətində deyil. Bloka digər partiyaların daxil edilməsi və formatın genişləndirilməsi ilə bağlı suala gəldikdə Q. Əlibəyli bildirib ki, hələlik bu məsələ blok daxilində müzakirə mövzusu deyil. “Bu məsələ prezident seçkiləri ərəfəsində mümkün ola bilər. Biz blokun tərkibini say xətrinə genişləndirmək fikrində deyilik. Gələcəkdə hansısa partiyanın fəaliyyəti doğrudan da blokun fəaliyyətinə uyğun gələcəksə, onun blokda təmsil olunması təsirli olacaqsa, biz həmin partiyanı quruma daxil etməklə bağlı müzakirə apara bilərik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR