Bank Of Baku

“Çirkli pulların yuyulmasına qarşı mübarizə haqqında” qanun layihəsi hazırlanıb

“Çirkli pulların yuyulmasına qarşı mübarizə haqqında” qanun layihəsi hazırlanıb
# 23 yanvar 2007 10:33 (UTC +04:00)
“Çirkli pulların yuyulmasına qarşı mübarizə haqqında” qanun layihəsi hazırlanıb və yaxın günlərdə Milli Məclisin müzakirəsinə təqdim olunacaq. Bu barədə APA-ya qanun layihəsinin hazırlanması məqsədilə yaradılan işçi qrupundan məlumat verilib. Sənədin hazırlanmasında beynəlxalq təşkilatların və ABŞ-ın Ədliyyə Departamentinin ekspertləri də iştirak ediblər. Layihədə çirkli pulların yuyulmasının nə demək olduğu, belə cinayətlərin istintaqı və mühakiməsi, maliyyə-kəşfiyyat qurumları barədə müddəalar yer alıb. Maliyyə-kəşfiyyat qurumunun hansı orqanın tərkibində yaradılması məsələsində fikir ayrılığı olduğu bildirilir. Bəziləri bu qurumun Respublika Prokurorluğu və ya Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin nəzdində yaradılmasını, digərləri isə müstəqil fəaliyyət göstərməsini istəyir. Qeyd edək ki, ötən ilin mayında Azərbaycan Cinayət Məcəlləsinə çirkli pulların yuyulması ilə bağlı yeni maddə əlavə olunub və bu hərəkətlərə görə cinayət məsuliyyəti nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR