Bank Of Baku

Azərbaycanda peşəkar orduya keçid mərhələli şəkildə həyata keçiriləcək

Azərbaycanda peşəkar orduya keçid mərhələli şəkildə həyata keçiriləcək
# 23 yanvar 2007 11:05 (UTC +04:00)
“Azərbaycan Silahlı Qüvvələrinin bütün növləri inkişaf edir, maddi-texniki bazası yeniləşir, yeni silahlar və texnikalar alınır. Silahlı Qüvvələrin çevikliyi, döyüş hazırlığı yüksəldikcə, texnikalar müasirləşdikcə, qarşıya qoyulan döyüş tapşırıqlarının yerinə yetirilmə keyfiyyəti artır”. APA-nın məlumatına görə, bu sözləri prezidentin təhlükəsizlik və hərbi məsələlər üzrə köməkçisi Vahid Əliyev deyib. V.Əliyev onu da əlavə edib ki, NATO sisteminə uyğun olaraq Sərhəd Qoşunları və digər qoşun növlərinin tədricən peşəkar orduya keçirilməsi prosesi həyata keçirilir. İlk mərhələdə isə çavuş və gizir heyətinin peşəkar heyətlə əvəz ediləcək: “Peşəkar orduya keçid mərhələli şəkildə həyata keçiriləcək. Bunun üçün vaxt tələb olunur. Bizim konkret planlarımız var və planlar mərhələ-mərhələ həyata keçirilir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR