Bank Of Baku

Azərbaycan prezidentinin köməkçisi Vahid Əliyev: “Ali Baş Komandanın əmri olarsa, torpaqlarımızı işğaldan hər an azad etməyə hazırıq”

Azərbaycan prezidentinin köməkçisi Vahid Əliyev: “Ali Baş Komandanın əmri olarsa, torpaqlarımızı işğaldan hər an azad etməyə hazırıq”
# 23 yanvar 2007 11:21 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri Ermənistanın müdafiə naziri Serj Sərkisyanın Azərbaycan Silahlı Qüvvələrinin erməni ordusundan geri qalması fikrinə münasibət bildirən Azərbaycan prezidentinin təhlükəsizlik və hərbi məsələlər üzrə köməkçisi Vahid Əliyev deyib: “Artıq Ermənistan görür ki, Azərbaycan Silahlı Qüvvələrinin döyüş hazırlığı günbəgün artır, ordumuz müasir texnika və silahlarla silahlanır. Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin mənəvi-psixoloji hazırlığı çox yüksəkdir. Biz Ali Baş Komandanın əmri olarsa, hər zaman işğal olunmuş torpaqlarımızı azad etməyə hazırıq”.
V.Əliyev Azərbaycanla Rusiya arasında Qəbələdəki “Dəryal” radiolokasiya stansiyasının icarə müqaviləsinə yenidən baxılmasının mümkünlüyü barədə məsələyə də aydınlıq gətirib: “Bizim Rusiya ilə 2012-ci ilədək müqaviləmiz var. Azərbaycan həmişə imzaladığı müqavilələrə sədaqətlə yanaşıb. Bu məsələnin Milli Məclisin gündəliyə salınıb-salınmayacağını deyə bilmərəm. Bu, millət vəkillərinin işidir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR