Bank Of Baku

Milli Məclisdə Yunanıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun görüşü keçirilib

Milli Məclisdə Yunanıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun görüşü keçirilib
# 23 yanvar 2007 11:30 (UTC +04:00)
Milli Məclisdə Yunanıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun görüşü keçirilib. APA-nın məlumatına görə, qrupun Azərbaycan tərəfdən olan rəhbəri Hadı Rəcəbli çıxış edərək bildirib ki, iki ölkə arasında münasibətlər yüksək səviyyədə inkişaf edir. O, Yunanıstanın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən olduğunu, iki ölkə arasında diplomatik münasibətlərin 1992-ci ildən qurulduğunu xatırladıb: “İki ölkənin qanunverici orqanlarının yüksək səviyyəli əlaqələr qurmasına ehtiyac var”. Dostluq qrupunun Yunanıstan tərəfdən olan rəhbəri Maximos Harakopoulos isə Azərbaycanın Avropaya inteqrasiyasının önəmini vurğulayaraq iki ölkənin parlamentləri arasında əlaqələri möhkəmləndirməyə çalışacaqlarını deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR