Bank Of Baku

Elçin Quliyev: “Heç kimin ixtiyarı yoxdur ki, Azərbaycan sərhədlərinin mühafizəsi üçün tətbiq olunan texnikalara etiraz etsin”

Elçin Quliyev: “Heç kimin ixtiyarı yoxdur ki, Azərbaycan sərhədlərinin mühafizəsi üçün tətbiq olunan texnikalara etiraz etsin”
# 23 yanvar 2007 11:47 (UTC +04:00)
APA-nın məlumatına görə, Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyev 2006-cı ildə dövlət sərhədlərində müxtəlif təyinatlı 293 binanın tikilib istifadəyə verildiyini deyib. Onun sözlərinə görə, binaların tikintisi “Dövlət sərhədlərinin 2006-2010-cu illərdə inkişafına dair” Dövlət Proqramında nəzərdə tutulduğu formada həyata keçirilir.
E. Quliyev bəzi qonşu dövlətlərin Azərbaycanın sərhəd mühafizəsində tətbiq etdiyi bəzi texniki avadanlıqlara etdikləri narazılığa da münasibət bildirib: “Sərhədlərin mühafizəsində yeni texnikalar tətbiq etmək hər bir dövlətin hüququdur. Heç kimin də ixtiyarı yoxdur ki, Azərbaycan sərhədlərinin mühafizəsi üçün tətbiq olunan texnikalara etiraz etsin”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR