Bank Of Baku

AMİP-in baş katibi ABŞ səfirinin müşaviri ilə görüşüb

AMİP-in baş katibi ABŞ səfirinin müşaviri ilə görüşüb
# 23 yanvar 2007 11:49 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) baş katibi Fuad Muxtarov ABŞ-ın ölkəmizdəki səfirinin siyasi məsələlər üzrə müşaviri xanım Rebeka Naslind ilə görüşüb. Bu barədə APA-ya AMİP-dən məlumat verilib. Görüşdə ölkədəki mövcud ictimai-siyasi siyasi durum, Dağlıq Qarabağ problemi, iqtidar-müxalifət dialoqu məsələləri müzakirə edilib. Amerikalı diplomat bildirib ki, təmsil etdiyi dövlətin Azərbaycanda demokratik dəyərlərin inkişaf etməsi üçün dəstəyinin əsirgəməyəcək. R. Naslind ABŞ-ın ölkəmizdə hüquqi cəmiyyət qurulmasında maraqlı olduğunu deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR