Bank Of Baku

Dövlət Sərhəd Xidməti sualtı neft kəmərlərinin mühafizəsi üçün yeni texnikalar alacaq

Dövlət Sərhəd Xidməti sualtı neft kəmərlərinin mühafizəsi üçün yeni texnikalar alacaq
# 23 yanvar 2007 11:50 (UTC +04:00)
Azərbaycanın dövlət sərhədlərində sərhəd məntəqələrinin tikintisi 2007-ci ilin sonuna qədər tam şəkildə başa çatacaq. APA-nın məlumatına görə Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev bu il sərhədlərin mühafizəsi istiqamətində mühüm addımların atılacağını vurğulayıb. Onun sözlərinə görə, sərhədlərin mühafizəsi üçün yeni texnikaların, nəqliyyat vasitələrinin alınması və tətbiqi davam etdiriləcək. DSX həmçinin sualtı neft kəmərlərinin mühafizəsi üçün yeni texnikaların alınmasını planlaşdırır. E. Quliyev sərhəd qoşunlarının böyük şəhərlərdəki hərbi hissələrinin dislokasiyasının həyata keçiriləcəyini də deyib. Artıq bu məqsədlər üçün büdcədə lazımi qədər vəsait nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR