Bank Of Baku

ADP sədrinin birinci müavini: ““İqtidar-müxalifət dialoqunun başlanması üçün bizim tərəfimizdən heç bir problem yoxdur”

ADP sədrinin birinci müavini: ““İqtidar-müxalifət dialoqunun başlanması üçün bizim tərəfimizdən heç bir problem yoxdur”
# 23 yanvar 2007 11:50 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini Sərdar Cəlaloğlu bildirib. Dəfələrlə YAP-ın rəhbərliyi, mətbuat xidməti və digər strukturlarla əlaqə saxladıqlarını bildirən S. Cəlaloğlu hələlik nəticənin əldə edilmədiyini, əks tərəfdən onlarla əlaqə qurmağa bir dəfə də olsun cəhd göstərilmədiyini söyləyib: “Buradan belə çıxmasın ki, bizim ürəyimiz gedir. Biz kimin necə reaksiya verməsindən asılı olmayaraq, siyasi xəttimizi ardıcıl aparacağıq. YAP rəhbərlərinin dialoqa hazır olmaları ilə bağlı verilən bəyanata uyğun addım atılacaqsa, biz günü sabahdan danışıqlara başlayıb müəyyən forumlar, dialoqlar təşkil edə bilərik. Danışıqların mövzusu o qədər də əhəmiyyəti deyil. Təki prosedur başlasın, sonra daha ciddi məsələlərdə uzlaşdırıcı siyasət apara bilərik”.
YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı da öz növbəsində APA-ya bu vaxta qədər ADP-dən dialoqla bağlı onlara hər hansı rəsmi müraciətin daxil olmadığını deyib. Müxalifətin əvvəllər də bu kimi təkliflərlə çıxış etdiyini xatırladan M.Qurbanlı bu məsələdə qarşı tərəfin səmimi olmadığını qeyd edib: “Ona görə şübhə etmirik ki, indiki təkliflərində də qeyri-səmimidirlər. Bu kimi çıxışları əsas götürüb dialoqa başlamaq olmaz. Amma hər hansı rəsmi müraciət daxil olacaqsa, müzakirə apara bilərik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR