Bank Of Baku

Hacı Hacıağa Nuri: “On minlərlə insanın qətlinə fərman verən Səddam Hüseynin sonunun bu şəkildə bitməsi təəccüblü deyil”

Hacı Hacıağa Nuri: “On minlərlə insanın qətlinə fərman verən Səddam Hüseynin sonunun bu şəkildə bitməsi təəccüblü deyil”
# 23 yanvar 2007 13:02 (UTC +04:00)
“On minlərlə insanın qətlinə fərman verən Səddam Hüseynin sonunun bu şəkildə bitməsi təəccüblü deyil. Biz hamımız onun cinayətlərinin şahidi olmuşuq və hətta məscidlərdə yüzlərlə müsəlmanın bu diktator tərəfindən öldürüldüyünü də bilirik”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan İslam Partiyasının (AİP) sədri Hacı Hacıağa Nuri deyib. Onun sözlərinə görə, məhkəmədə S. Hüseynin cinayətləri tam açıqlanmayıb və bu da bəzi şəxslər tərəfindən onun qəhrəman kimi təqdim edilməsinə səbəb olur. Hacıağa Nuri Səddam Hüseynin cinayətlərinə şəxsən şahid olduğunu da deyib: “1993-94-cü illərdə iki dəfə İraqda olmuşam. Kərbəla şəhərində İmam Hüseyn və Həzrəti Abbasın məzarları yerləşən məscidlərin içərisində güllə yerləri görəndə təəccübləndim və nə baş verdiyini soruşdum. Tanıdığım İraq türkmənlərindən biri dedi ki, Səddam Hüseyn hakimiyyətinin ilk illərində ondan gizlənən yüzlərlə şiəni məscidin içərisində öldürtdürüb. Diktatorların milliyyəti və məzhəbi olmur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR