Bank Of Baku

KXCP mitinq keçirmək barədə qərar qəbul edib

KXCP mitinq keçirmək barədə qərar qəbul edib
# 23 yanvar 2007 14:28 (UTC +04:00)
Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) enerji daşıyıcılarının qiymətlərinin artması və partiyanın dövlət qeydiyyatına alınmaması ilə bağlı etiraz aksiyaları keçirmək barədə qərar qəbul edib. Bu barədə APA-ya partiyanın sədri Mirmahmud Mirəlioğlu məlumat verib. Onun sözlərinə görə, aksiyanın vaxtı və yeri sabah müəyyənləşdiriləcək və bununla bağlı şəhər rəhbərliyinə müraciət olunacaq. Müxalifət partiyalarının birgə aksiyalar keçirməsi ilə bağlı təkliflərə gəldikdə M. Miərəlioğlu bildirib ki, onlara nə Müsavat Partiyası, nə də “Azadlıq” bloku belə bir müraciət etməyib: “Bu müraciətləri mən yalnız qəzetlərdən eşitmişəm. Bizə rəsmi və yaxud qeyri-rəsmi müraciət edilmədiyi üçün həmin mitinqlərdə iştirak etməyəcəyik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR