Bank Of Baku

İstanbul universitetlərində təhsil alan azərbaycanlı tələbələr arasında futbol turniri keçiriləcək

İstanbul universitetlərində təhsil alan azərbaycanlı tələbələr arasında futbol turniri keçiriləcək
# 23 yanvar 2007 14:39 (UTC +04:00)
İstanbul universitetlərində təhsil alan azərbaycanlı tələbələr arasında ilk futbol turniri keçiriləcək. Bu barədə APA-ya Azərbaycanın İstanbuldakı baş konsulu Səyyad Aran məlumat verib. Turnirin Heydər Əliyevin doğum günü ərəfəsində təşkil olunacağını deyən S. Aran bildirib ki, qaliblər mükafatlandırılacaq. Baş konsulun sözlərinə görə, turnirin keçirilməsində məqsəd azərbaycanlı tələbələr arasında əlaqələri gücləndirmək və onlara mənəvi dəstək verməkdir.
Qeyd edək ki, Türkiyədə 3800-ə qədər azərbaycanlı tələbə təhsil alır. Onların 694-ü dövlət xətti ilə təhsil alan tələbələrdir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR