Bank Of Baku

Britaniyalı diplomat ADP sədrinin müavini ilə görüşüb

Britaniyalı diplomat ADP sədrinin müavini ilə görüşüb
# 23 yanvar 2007 14:49 (UTC +04:00)
Bu gün Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Deklan Bön Azərbaycan Demokrat Partiyasının (ADP) qərargahında olub və partiya sədrinin müavini Həsrət Rüstəmovla görüşüb. ADP-nin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə britaniyalı diplomat “Azadlıq” blokunun yanvarın 26-na təyin etdiyi mitinqlə, aksiyanın tələbləri ilə maraqlanıb. Görüşdə, həmçinin, ölkədəki ictimai siyasi vəziyyət, partiyanın son dövrlər baş verən ictimai-siyasi hadisələrə münasibəti və digər məsələlər haqqında fikir mübadiləsi aparılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR