Bank Of Baku

Milli Məclis Aparatının tərkibində internet xidməti sektoru yaradılacaq

Milli Məclis Aparatının tərkibində internet xidməti sektoru yaradılacaq
# 23 yanvar 2007 14:52 (UTC +04:00)
Milli Məclis Aparatının tərkibində internet xidməti sektoru yaradılacaq. Bunu APA-ya Milli Məclisin (MM) mətbuat katibi Akif Nəsirov bildirib. Onun sözlərinə görə, sektorun formalaşdırılması işinə internet sahəsində yüksək ixtisaslı şəxslər cəlb edilib və proses parlament rəhbərliyinin nəzarətində saxlanılır. A. Nəsirov MM-in saytının yeni versiyada təqdim ediləcəyini də deyib. Yeni saytda parlamentin fəaliyyəti ilə bağlı hazırlanan təlimatlar, struktur bölmələri haqqında əsasnamələr, ştat cədvəlləri, normativ hüquqi aktlar və qərarlar, ictimai əhəmiyyətli dövlət konsepsiyalarının, inkişaf planlarının və proqramlarının layihələri və sair məlumatlar öz əksini tapacaq. Yaxın günlərdə saytın təqdimatı keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR