Bank Of Baku

AŞPA-nın sessiyasında Azərbaycanın millət vəkilləri Ermənistanın işğalçılıq siyasətinin nəticələri barədə çıxış ediblər

AŞPA-nın sessiyasında Azərbaycanın millət vəkilləri Ermənistanın işğalçılıq siyasətinin nəticələri barədə çıxış ediblər
# 23 yanvar 2007 15:03 (UTC +04:00)
APA-nın Strasburqdakı müxbirinin verdiyi məlumata görə, millət vəkilləri Rafael Hüseynov və Qənirə Paşayeva iclasda çıxış ediblər. Rafael Hüseynov çıxışında Ermənistanda və eləcə də Azərbaycanın işğal altında olan ərazilərində gizli xəstəxanaların fəaliyyət göstərdiyini bildirib. “Ermənilər bu gizli xəstəxanalarda əsir götürülmüş azərbaycanlı uşaqların orqanlarını, bədən üzvlərini ən kobud cərrahiyyə əməliyyatı ilə çıxarırlar. Hazırda Xankəndində, Kərkicahanın cənub hissəsində belə bir xüsusi klinika fəaliyyət göstərir. Ermənistan bununla yalnız Azərbaycanın genofonduna qarşı mübarizə aparmır, bu, sözün əsl mənasında insanlıq əleyhinə törədilən ağır cinayətdir. Biz dünyanın harasında olmasından asılı olmayaraq belə qəddarlıqlara qarşı dərhal səsimizi qaldırmalıyıq. Ermənistanı ona görə misal çəkirəm ki, bu ölkə Avropa Şurasının üzvüdür. Biz uşaqlara qarşı törədilən zorakılıqlara qarşı həqiqətən də mübarizə aparmaq istəyiriksə, birinci elə Ermənistandan başlamalıyıq”. Daha sonra çıxış üçün söz alan millət vəkili Qənirə Paşayeva bildirib ki, bu problemlə əlaqədar beynəlxalq konvensiyaların, beynəlxalq təşkilatların qətnamələrinin sayının çoxalmasına baxmayaraq uşaqlar hələ də zorakılığın, istismarın və təhqirin qurbanına çevrilməkdə davam edirlər. “Azərbaycanda bu problemin aradan qaldırılmasına xüsusi diqqət ayrılır, buna misal olaraq bir müddət əvvəl Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılmasını göstərə bilərəm. Biz uşaqların işi üzrə Ombudsman İnstitutunun yaradılmasını müsbət addım kimi qəbul edirik. Bu sahədə qeyri-hökumət təşkilatları xüsusi rol oynaya bilər. Mən misal olaraq Heydər Əliyev Fondunun bu sahədə gördüyü işləri qeyd edə bilərəm. Mənim ölkəm uşaqlarla bağlı beynəlxalq konvensiyaları ratifikasiya edib və uşaq hüquqlarının qorunmasını əsas prioritetlərdən hesab edir. Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal edən zaman günahsız uşaqların amansızlıqla qətlə yetirilməsi, girov götürülməsi, onların orqanlarının satılması, təhlükəli yerlərdə əməyə cəlb olunması, onlara qarşı mənəvi zorakılıq halları soydaşlarımızın üzləşdiyi dəhşətli hadisələrdəndir. Bir aydan sonra Ermənistan Silahlı Qüvvələrinin Xocalı şəhərini işğal etməsinin və dinc əhalini etnik mənsubiyyətinə görə qətlə yetirməsinin, yəni, Xocalı soyqırımının 15 ili tamam olacaq. Xocalı soyqırımı zamanı Ermənistan Silahlı Qüvvələri 43 körpə uşağı ağır işgəncə verərək qətlə yetirib. Bundan başqa həmin hadisələr zamanı onlarla uşaq girov götürülüb və itkin düşüb. Ümumilikdə, Ermənistanın Azərbaycan torpaqlarını işğalı zamanı minlərlə günahsız uşaq qətlə yetirilib və girov götürülüb, on minlərlə uşaq isə məcburi köçkün düşərək qaçqın düşərgələrində məskunlaşıb”. Qənirə Paşayeva BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə və Avropa Şurası Parlament Assambleyasının 1416 saylı qətnaməsinə baxmayaraq Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini, Ermənistan Silahlı Qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilmədiyini deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR