Bank Of Baku

Milli Məclisin sədri Oqtay Əsədov İsrail Knessetinin deputatı Yosef Şaqalı qəbul edib

Milli Məclisin sədri Oqtay Əsədov İsrail Knessetinin deputatı Yosef Şaqalı qəbul edib
# 23 yanvar 2007 15:14 (UTC +04:00)
Milli Məclisin (MM) sədri Oqtay Əsədov İsrail Knessetinin deputatı Yosef Şaqalı qəbul edib. MM-in mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüş zamanı O. Əsədov Azərbaycanın dünya dövlətləri, o cümlədən İsraillə əlaqələrin inkişafına maraq göstərdiyini bildirib: “Azərbaycan parlamentində dünyanın müxtəlif ölkələri, həmçinin İsraillə əlaqələr üzrə işçi qrupları fəaliyyət göstərir. Bu qrupların fəaliyyəti informasiya və təcrübə mübadiləsi baxımından çox önəmlidir”. İ.Şaqal İsrail parlamentinin də Azərbaycanın ali qanunvericilik orqanı ilə əməkdaşlıqda maraqlı olduğunu deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR