Bank Of Baku

Türkiyə Böyük Birlik Partiyasının lideri “Hamımız Qrantıq, hamımız erməniyik” şüarına etirazını bildirib

Türkiyə Böyük Birlik Partiyasının lideri “Hamımız Qrantıq, hamımız erməniyik” şüarına etirazını bildirib
# 23 yanvar 2007 15:50 (UTC +04:00)
Onlar əllərində “Hamımız Qrantıq, hamımız erməniyik” şüarı tutublar. Ermənistan xarici işlər nazirinin müavini Armen Kirakosyan, bir sıra ölkələrdəki erməni diasporunun təmsilçiləri və Türkiyədə akkreditə olunmuş Qərb diplomatlarının qatıldığı mərasimdə Türkiyə hökumətini baş nazirin müavinləri - xarici işlər naziri Abdulla Gül və dövlət naziri Mehmet Əli Şahin təmsil ediblər. Türkiyədəki bəzi dairələrin çağırışlarına baxmayaraq, prezident Əhməd Necdət Sezər, baş nazir Rəcəb Tayyib Ərdoğan və Baş Qərargah rəisi Yaşar Böyükanıt dəfnə qatılmayıblar.
Türkiyə Böyük Birlik Partiyasının lideri Möhsün Yazıçıoğlu isə “Hamımız Qrantıq, hamımız erməniyik” şüarına etirazını bildirib. O, sui-qəsdi pislədiklərini, amma bu olayı bəhanə edərək dövləti və türk millətini müttəhimlər kürsüsündə oturtmaq cəhdlərinin yolverilməz olduğunu bəyan edib: “Dinkin qətlinə göstərilən reaksiya əsgərlərin, polislərin, sadə türk vətəndaşlarının şəhid edilməsinə də göstərilməlidir. Coğrafiyamızda sülh və sabitlik istəyiriksə, ikili standartdan çıxış etməməliyik. Niyə Fələstində, Çeçenistanda, Qarabağda baş verənlərə etiraz etmirik?!” /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR