Bank Of Baku

Professor Nurşen Mazıcı: “Son hadisələrin Ermənistanın Qars-Ahalkələk-Tiflis dəmir yolu layihəsindən kənarda qalmasından sonra baş verməsi diqqət çəkir”

Professor Nurşen Mazıcı: “Son hadisələrin Ermənistanın Qars-Ahalkələk-Tiflis dəmir yolu layihəsindən kənarda qalmasından sonra baş verməsi diqqət çəkir”
# 24 yanvar 2007 08:39 (UTC +04:00)
Bu sözləri APA-nın Türkiyə bürosuna açıqlamasında İstanbulun Mərmərə Universitetinin jurnalistika fakültəsinin professoru, ABŞ-ın Qafqaz siyasətində erməni faktoruna dair əsərlərin müəllifi Nurşen Mazıcı deyib. Ermənilərin əsassız iddialarına qarşı mübarizədə Türkiyənin xeyli gecikdiyini söyləyən N. Mazıcı hesab edir ki, bundan sonrakı təbliğatın bir faydası olmayacaq, çünki Qərb ölkələrində Türkiyəni dinləyən yoxdur: “İndiki mərhələdə Türkiyənin cəhdləri fayda verməsə də, mübarizədən usanmamaq lazımdır. “Erməni soyqırımı”na dair qanun layihəsi Konqresdən keçsə, nə baş verəcək ki? Başqa parlamentlərdən də keçdi, Türkiyəyə nə oldu? Bunlar hüquqi nəticəsi olmayan siyasi qərarlardır. Sadəcə, Türkiyənin əsəbini və əhvalını pozurlar. Məsələn, Qrant Dinkin öldürülməsinin Konqresdəki prosesin sürətləndirilməsinə və Ermənistanla sərhədin açılmasına xidmət etdiyini söyləyənlər var”. Uydurma “soyqırım” məsələsindən əlavə, Kərkük və Kipr problemləri ilə bağlı Türkiyəni çətin günlərin gözlədiyini vurğulayan professor N. Mazıcı son hadisələrin Ermənistanın Qars-Ahalkələk-Tiflis dəmir yolu layihəsindən kənarda qalmasından sonra baş verməsinə diqqət çəkib: “Cümə günü Qrant Dinkin meyiti yerdə ikən Türkiyədə ”˜ikinci cümhuriyyətçilər” deyilən qrup ermənilərə özümüzü əfv etdirmək üçün Ermənistanla sərhədi dərhal açmağı təklif etdilər. Belə səfeh şey olarmı? Hansı telekanalı açırsınız, eyni adamlar bu şeylərdən danışırlar”. Bütün bunlarla yanaşı, elm adamı çox da ümidsiz olmadığını bildirib. Onun sözlərinə görə, Türkiyə ilə əməkdaşlıq etmədən ABŞ İraqdakı problemləri həll edə bilməyəcək: “Bunu Vaşinqton da yaxşı bilir. Bir söz var: “Günün ən qaranlıq anı günəşin doğmasından az öncədir”. Biz milli müqavimətimizi davam etdirməliyik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR