Bank Of Baku

Novruz Məmmədov: “Rusiyanın qazın qiymətini qaldırmasından iki ölkə arasında münasibətlərə böyük təhlükə görmürük”

Novruz Məmmədov: “Rusiyanın qazın qiymətini qaldırmasından iki ölkə arasında münasibətlərə böyük təhlükə görmürük”
# 24 yanvar 2007 10:11 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında Prezident Aparatı beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov 2007-ci ildə Azərbaycanın xarici siyasətdə prioritetlərini açıqlayarkən deyib. Şöbə müdiri prezidentin Davosda keçirilən Dünya İqtisadi Forumuna qatılacağını, sonra isə Fransaya dövlət səfəri edəcəyini xatırladıb: “Prezidentin bu il ilk səfərinin Fransaya dövlət səfəri olması o deməkdir ki, Qərb Azərbaycana çox böyük əhəmiyyət verir. Fransa Avropa İttifaqının, eyni zamanda Qərbin mühüm dövlətlərindən biridir. Amma bu o demək deyil ki, Azərbaycanın Şərq ölkələri, İslam ölkələri və MDB ölkələri ilə əlaqələri ikinci plana keçəcək. Xarici siyasət kursunun yüksək səviyyədə həyata keçirilməsi, professional aparılması o deməkdir ki, Azərbaycan prezidenti bütün istiqamətdə fəaliyyətini yüksək səviyyədə qura bilir, səmərəli siyasət həyata keçirir”.
Rusiyanın MDB ölkələrinə, o cümlədən Azərbaycana qazı dünya qiymətləri ilə satmasının ikitərəfli münasibətləri təsir etməsi ilə bağlı sualı cavablandıran N.Məmmədov bildirib ki, Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlər yüksək səviyyədədir: “Müəyyən dəyişiklər əlbəttə ki, olur, hər şey olduğu kimi qalmır. Əgər Rusiya rəhbərliyi qərara alıb ki, qazın qiymətini artırmaq lazımdır, bunu da əsaslandırır, biz onu nəzərdən keçiririk, baxırıq ki, nə dərəcədə əsaslıdır, düzgündür, ya yox, ədalətlidir, ya yox və dost, qonşu kimi münasibətimizi və reaksiyamızı bildiririk. Yəni, bütün bu mürəkkəb münasibətlər sistemində hər tərəfin özünün müəyyən addımlar atmaq üçün əsasları var, biz bundan elə də böyük təhlükə görmürük. Qiymətin qaldırılması bizi təmin edirsə, qazı alırıq, etmirsə, deyirik bahadır, bizi təmin etmir, almırıq. Məsələ ilə bağlı digər addımlar atılır, hər hansı çətinlik qarşımıza çıxarsa, onu öz resurslarımız və imkanlarımız hesabına, digər vasitələrlə həll edirik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR