Bank Of Baku

Adnan Novruzov: “AMİP-in aktiv fəaliyyət göstərməməsini partiyanın sədri ilə əlaqələndirmək düzgün deyil”

Adnan Novruzov: “AMİP-in aktiv fəaliyyət göstərməməsini partiyanın sədri ilə əlaqələndirmək düzgün deyil”
# 24 yanvar 2007 11:01 (UTC +04:00)
“AMİP-in aktiv fəaliyyət göstərməməsini partiyanın sədri ilə əlaqələndirmək düzgün deyil. Bu gün ümumilikdə, müxalifət partiyalarının mövqeyi zəifdir və partiyalar siyasi proseslərdə fəal iştirak etmirlər”. Bu fikirləri APA-ya açıqlamasında AMİP sədrinin keçmiş müavini Adnan Novruzov bildirib. Partiya daxilində sədrin fəaliyyətindən narazı şəxslərlə qarşılaşmadığını bildirən A. Novruzov belə fikirlərə yalnız mətbuatda rast gəldiyini qeyd edib: “Digər tərəfdən AMİP-də gedən proseslərə müxalifətin indiki fəaliyyəti kontekstindən yanaşmaq lazımdır. Bu gün müxalifət partiyaları öz fəaliyyətlərini demək olar ki, sıfıra endiriblər, partiyalar illərdir bütün arqumentlərini itirə-itirə gəlirlər. Bu baxımdan da AMİP-in fəaliyyətini ayrılıqda qiymətləndirməyə ehtiyac yoxdur”. A. Novruzov onu da bildirib ki, artıq uzun müddətdir ki, partiyanın rəhbərliyində təmsil olunmur, sıravi üzv kimi fəaliyyət göstərir. O, yenidən rəhbərliyə qayıtmaq fikrində olmadığını vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR