Bank Of Baku

Azərbaycanın Livanda fəxri konsulu Nazih Qassub: ““Hizbullah”la hökumət arasında qarşıdurma ölkədə vəziyyəti yenidən gərginləşdirib”

Azərbaycanın Livanda fəxri konsulu Nazih Qassub: ““Hizbullah”la hökumət arasında qarşıdurma ölkədə vəziyyəti yenidən gərginləşdirib”
# 24 yanvar 2007 11:11 (UTC +04:00)
Bu açıqlamanı APA-ya Azərbaycanın Livanda fəxri konsulu Nazih Qassub verib. O, qarşıdurma zamanı beş nəfərin öldüyünü vurğulayıb. “Ölkə paytaxtında bütün mağazalar, aeroport, liman və digər obyektlər fəaliyyətini dayandırıb, bir çox sakinlər daha təhlükəsiz yerlərə köçürlər. Lakin Livanda baş verənləri müsəlman-xristian qarşıdurması kimi qələmə vermək düzgün deyil. Bu, “Hizbullah”la hökumət tərəfdarlarının qarşıdurmasıdır”. Ölkədəki azərbaycanlıların vəziyyətinə toxunan Nazih Qassub bəzi azərbaycanlı tələbələrin ölkəni tərk etdiyini deyib. “Amma azərbaycanlıların əksəriyyəti ölkədə qalmaqda davam edir. Bu gün vəziyyət nisbətən sabitdir. Baş verənlər siyasi qarşıdurmadır, bu baxımdan baş verən hadisələrin dinc sakinlər üçün böyük təhlükə kəsb etdiyini düşünmürəm”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR