Bank Of Baku

Qoran Lenmarker İrəvan və Bakıda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparacaq

Qoran Lenmarker İrəvan və Bakıda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparacaq
# 24 yanvar 2007 12:05 (UTC +04:00)
Bu barədə APA-ya İsveç parlamentindən məlumat verilib. Parlamentdən bildiriblər ki, Qoran Lenmarker Dağləq Qarabağ münaqişəsi ilə əlaqədar məruzəçi olmasa da, bu problemin həlli prosesi ilə daim maraqlanır və çox güman ki, Bakı və İrəvanda bu məsələni müzakirə edəcək. Qoran Lenmarker səfər zamanı prezident İlham Əliyev, hökumət və müxalifət nümayəndələri, ATƏT-in Bakı Ofisinin rəhbərliyi ilə görüşlər keçirməyi planlaşdırır. Qeyd edək ki, Qoran Lenmarkerin regiona səfərinin tarixi ilə bağlı dəyişiklik olub. ATƏT Parlament Assambleyasının sədri fevralın 4-də Ermənistana, fevralın 6-da Gürcüstana, fevralın 8-də isə Azərbaycana səfər edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR