Bank Of Baku

“Azadlıq” blokunda icazəsiz aksiyanın keçirilməsi məsələsində fikir ayrılığı yaranıb

“Azadlıq” blokunda icazəsiz aksiyanın keçirilməsi məsələsində fikir ayrılığı yaranıb
# 24 yanvar 2007 12:19 (UTC +04:00)
““Azadlıq” blokunun Sədrlər Şurasının sonuncu iclasında Mitinq Komitəsinin üzvləri də iştirak edib. İclasda qərar qəbul etdik ki, şəhər rəhbərliyi yanvarın 26-na təyin olunmuş aksiyanı sanksiyalaşdırmasa, o zaman icazəsiz aksiya keçiriləcək. Bu aksiyada da blokun üzvü olan partiyaların nümayəndələri iştirak edəcəklər”. Bu fikirləri APA-ya AXCP sədrinin müavini Həsən Kərimov ADP Ali Məclisinin sədri Akif Şahbazovun təmsil etdiyi partiyanın razılaşdırılmamış aksiyalarda iştirak etməyəcəyi ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, A. Şahbazov şəxsi fikirlərini söyləyib və bu fikirlər blokun qərarına təsir etməyəcək. A. Şahbazov isə APA-ya açıqlamasında bildirib ki, o partiyanın razılaşdırılmamış aksiyada iştirak etməməsi üçün mümkün addımları atıb: “Partiyanın İdarə Heyətinin sonuncu iclasında bu məsələ müzakirə edildi və mən mövqeyimi bir daha bildirdim ki, razılaşdırılmayan mitinqə getməyək. Amma səs çoxluğu ilə bu aksiyada iştirak etmək qərarı qəbul olundu”. A. Şahbazovun sözlərinə görə, mitinqə icazə verilməyəcəyi halda blok üzvü olan partiyalar şəhərin müxtəlif yerlərində piketlər keçirmək fikrindədirlər. ADP-nin də bu piketlərdən birini təşkil edəcəyini bildirən Ali Məclis sədri özünün bu aksiyaları qatılmayacağını vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR