Bank Of Baku

Ümid Partiyası “Azadlıq” blokunun Müsavat Partiyasının təyin etdiyi mitinqlərdə iştirak etmək qərarı verib

Ümid Partiyası “Azadlıq” blokunun Müsavat Partiyasının təyin etdiyi mitinqlərdə iştirak etmək qərarı verib
# 24 yanvar 2007 13:13 (UTC +04:00)
Ümid Partiyası “Azadlıq” blokunun yanvarın 26-na, Müsavat Partiyasının isə 28-nə təyin etdiyi mitinqdə iştirak etmək qərarı verib. Bu barədə APA-ya partiyanın mətbuat xidmətindən məlumat verilib. Ümid Partiyasının Rəyasət Heyəti hər iki siyasi qurumun keçirdiyi aksiyaların tələblərinin eyni olduğunu nəzərə alaraq ayrılıqda mitinq təşkil etməyə ehtiyac görməyib. Mətbuat xidmətindən bildirilib ki, bununla bağlı partiya üzvlərinə müraciət olunacaq. Ümid Partiyasının ayrılıqda mitinq keçirməsinə gəldikdə, partiya rəhbərliyi bu barədə qərarı fevralın 4-də keçirəcəyi ümumirespublika müşavirəsində qəbul etmək niyyətindədir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR