Bank Of Baku

Mərkəzi Seçki Komissiyası seçki komissiyalarının üzvləri üçün kurslar təşkil edəcək

Mərkəzi Seçki Komissiyası seçki komissiyalarının üzvləri üçün kurslar təşkil edəcək
# 24 yanvar 2007 14:14 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyası (MSK) ölkə prezidentinin “İnsan hüquqları üzrə fəaliyyət proqramı”nın yerinə yetirilməsi istiqamətində təşkil edəcəyi kurslarla bağlı işçi qrupu yaradıb. Bu barədə APA-ya MSK-nın katibi Natiq Məmmədov məlumat verib. Onun sözlərinə görə, hazırda işçi qrupu kursların proqramı, əhatə dairəsi, hansı təhsil müəssisələrində həyata keçiriləcəyi, tədris materialları və sertifikatlarla bağlı layihələr hazırlayır. N. Məmmədov bildirib ki, kurslarda istisnasız olaraq bütün seçki komissiyalarının üzvləri iştirak edəcək və sonda onlara sertifikat veriləcək. Kursda iştirak edənlərə seçki hüquqları ilə bağlı məruzələri müvafiq mövzu üzrə mütəxəssislər tədris edəcək. Kursun nə qədər davam edəcəyinə gəldikdə, MSK katibi bildirib ki, bu proqramdan asılı olacaq. Kursların martdan başlanılması nəzərdə tutulub. Seçicilərin maarifləndirilməsi ilə bağlı işlərin bu vaxta qədər KİV vasitəsi ilə aparıldığını bildirən N.Məmmədov bu dəfə də eyni metoddan istifadə edəcəklərini bildirib: “Bu barədə müzakirələrimiz davam edir və mümkün olan başqa formalardan da istifadə edəcəyik”./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR