Bank Of Baku

Bakı şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının mitinqinə icazə verib

Bakı şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının mitinqinə icazə verib
# 24 yanvar 2007 14:32 (UTC +04:00)
Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının yanvarın 28-nə təyin etdiyi yürüş-mitinqin keçirilməsinə razılıq verib. Bu barədə APA-ya partiyanın mətbuat xidmətinin rəhbəri Mehman Cavadoğlu məlumat verib. Onun sözlərinə görə, şəhər rəhbərliyi partiyaya bu gün təqdim etdiyi cavab məktubunda aksiyanın saat 16-dan 18-dək “Həzi Aslanov” metro stansiyası yaxınlığından yürüşlə başlayaraq, Məhəmməd Hadi küçəsindən keçməklə Ukrayna meydanında mitinq keçirməyə razılıq verib. M. Cavadoğlunun sözlərinə görə, mitinqdə iştirakla bağlı müxalifət partiyalarına müraciət olunsa da, bu günə qədər heç bir partiya aksiyada iştirak edəcəyi ilə bağlı onlara müsbət cavab verməyib. Xatırladaq ki, partiya yürüş-mitinqi qiymətlərin bahalaşmasına etiraz olaraq təyin edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR